“Ermənistan uşaq qatilidir, bunu bütün dünya bilməlidir” – Fulya Öztürk

Hazırda oxunan: “Ermənistan uşaq qatilidir, bunu bütün dünya bilməlidir” – Fulya Öztürk

44077

“Bu gün Halil Kahramanla Bakıda olmaqdan qürur duyuram. Onunla 44 günlük müharibə boyunca çiyin-çiyinə çalışdıq”.

Bizim.Media xəbər verir ki, bunu türkiyəli jurnalist Fulya Öztürk Nizami Kino Mərkəzində "Fulya" filminin təqdimat mərasimində jurnalistlərə açıqlamasında deyib.

"Fulya" filminin ermənilərin insanları necə qətlə yetirdiyinin sübutu olduğunu söyləyən türk jurnalist bildirib ki, Ermənistanın Bərdədə və Gəncədə törətdikləri qətliamları heç vaxt unutmayacaq: 
 

MÖVZU İLƏ BAĞLI:

"Fulya" filmi təqdim olundu - FOTO


“Bütün bu faciələr gözümün qabağında baş verdi. Normalda soyuqqanlıyam, lakin Azərbaycanda baş verənlərə soyuqqanlı qala bilmədim. Gəncədə dağıntıların altından insan cəsədlərinin çıxarılmasını öz gözlərimlə gördüm. Dolayısı ilə bu filmi Ermənistanın uşaq qatili olmasının sübutu kimi bütün dünyanın görməsini istəyirəm. 

Biz Bərdə və Gəncə hadisələrinin çəkilişlərindən hotelə qayıtdıqda Avropa və Amerika kanallarına baxırdıq, onların heç biri bu faciədən danışmırdılar.

Biz də deyirdik ki, əgər dünya bu faciəni göstərmirsə, biz göstərəcəyik. Ermənistan bir uşaq qatilidir, bunu bütün dünya bilməlidir. Bu film də bunun sübutudur. Amma Zəfər Günü ilə bütün dünya gördü ki, Azərbaycan öz haqlı qələbəsini qazandı. Əsas qəhrəmanlar biz deyilik, bu zəfəri bizə yaşadan, əsgərlər, şəhidlər, onların ailələridir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin