Erməni ordusunun Baş Qərargah rəisi Akif Nağıdan qorxub Bakıya gəlmir

Hazırda oxunan: Erməni ordusunun Baş Qərargah rəisi Akif Nağıdan qorxub Bakıya gəlmir

44074

MDB Müdafiə Nazirləri Şurasının Katibliyi Azərbaycan tərəfindən şuranın Bakıda keçiriləcək iclasında Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin təmin olunacağına dair nə şifahi, nə də yazılı rəsmi təsdiq almayıb.

Virtualaz.org saytı erməni qaynaqlarına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bildirib.

Ovanisyan deyib ki, təhlükəsizlik təminatı olmadığından Ermənistan nümayəndə heyəti başda Baş Qərargah rəisi, general Yuri Xaçaturov olmaqla MDB ölkələrinin Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin aprelin 8-də Bakıda keçiriləcək toplantısında iştirak etməyəcək.

Ovanisyanın sözlərinə görə, Azərbaycan tərəfinin rəsmi şəkildə təhlükəsizlik vədi verməməsi bu ölkənin dövlət sərhədlərinin maneəsiz keçilməsi, gömrük baxışı və digər məsələlərin de-fakto nizamlanması kimi başa düşülür.

“Beləliklə, bu, o deməkdir ki, erməni nümayəndə heyəti Bakıdakı iclasda iştirak etməyəcək” - deyə o, bildirib.

Erməni KİV-ləri xatırladır ki, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyətinin 2004-cü ildə NATO-nun Bakıda keçirilən “Cooperative Best Effort-2004” təlimlərində iştirakı zamanı “ciddi insident” baş verib.

“Qarabağ Azadlıq Təşkilatının üzvləri təlimin planlaşdırılmasına dair konfransın keçirildiyi otelə hücum edərək erməni ordusunun polkovniki Murad İsaxanyanı və baş leytenant Aram Ovanesyanı “öldürmək” istəyib. Otelin mühafizə xidməti onları kənarlaşdırıb. Bundan sonra ABŞ-ın Bakıdakı səfirliyi erməni nümayəndə heyətinin mühafizəsi üçün əlavə qüvvə ayırıb” - deyə erməni mətbuatı yazır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin