Azərbaycanda 180 nəfər toya buraxılmadı – Polis yoxladı və...

Hazırda oxunan: Azərbaycanda 180 nəfər toya buraxılmadı – Polis yoxladı və...

43980

Ötən gün Azərbaycanda 85 toy şənliyinin monitorinqi həyata keçirilib.

Bizim.Media xəbər verir ki, monitorinq zamanı 69 şadlıq sarayında, 16 şəxsi həyətyanı sahədə keçirilən toyda 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

Həmçinin, 180 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Qeyd edək ki, monitorinq Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin