Bakı metrosunda nə baş verib? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakı metrosunda nə baş verib? – RƏSMİ AÇIQLAMA

0:00
0:00
43978

Bu gün saat 14:32-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı Metropoliteninin “28 May” stansiyasında qatarın təmas reysində elektrik naqillərində qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir, dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosunda tüstülənmə - Qatarların hərəkətinə məhdiduyyət qoyuldu - VİDEO


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qısaqapanma nəticəsində metro tunelinə girişdə elektrik kabelinin 0,5 paqonometr hissəsində lokal tüstülənmənin baş verdiyi və qarşısının Metropoliten əməkdaşları tərəfindən alındığı müəyyən olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin