İmişlidə hamilə qalan 11 yaşlı qız: “Dedi, heç kimə demə” - VİDEO

Hazırda oxunan: İmişlidə hamilə qalan 11 yaşlı qız: “Dedi, heç kimə demə” - VİDEO

43973

İmişli rayonunda atalığı tərəfindan zorlandığı deyilən azyaşlı qızın danışması ilə bağlı görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı ARB telekanalı süjet hazırlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İmişlidə 11 yaşlı qızın kim tərəfindən zorlandığı məlum oldu - VİDEO


Azyaşlı onu zorlayan şəxsin bu hadisə barədə heç nə danışmamasını çatdırdığını deyib: “Dedi ki, heç kimə demə”.

Daha sonra qız ona dərman verildiyini, ayılanda isə paltarlarının əynində olmadığını bildirib. O, belə hadisənin iki dəfə yaşandığını da qeyd edib.

Hadisə barədə danışan uşağın nənəsi Sənubər Şükürovanın sözlərinə görə, anası soğan yığmağa, çörək bişirməyə gedən zaman azyaşlı evdə tək olub və atalığı Qurban Fərəcov bundan istifadə edib.
 

Qeyd edək ki, zorlanmış qız əməliyyat olunub, əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib.


Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ananın vəziyyəti yaxşı, uşağınkı isə ağırdır.

Fakt üzrə istintaq Cinayət Məcəlləsinin 149.3.3 (Zorlama, 14 yaşına çatmayan şəxsə qarşı törədildikə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə aparılır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin