11 yaşlı qızı zorlayan şəxsi hansı cəza gözləyir? – Həbsxanada onu...

Hazırda oxunan: 11 yaşlı qızı zorlayan şəxsi hansı cəza gözləyir? – Həbsxanada onu...

43933

Xəbər verdiyimiz kimi, İmişlidə 11 yaşlı qızın zorlanması ilə bağlı cinayət işi açılıb.

Bəs həmin cinayəti törətməkdə şübhəli bilinən Qurban Fərəcovun cinayəti sübuta yetirilərsə, onu hansı cəza gözləyir?

Bizim.Media cinayət qanunvericiliyinə əsasən, bir neçə məqamı təqdim edir.

Fakt üzrə istintaq Cinayət Məcəlləsinin 149.3.3 (Zorlama, 14 yaşına çatmayan şəxsə qarşı törədildikə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə aparılır.

Birinci maddə üzrə təqsirləndirilən şəxsi 10 ildən 15 ilədək, ikinci maddə üzrə isə 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qurban Fərəcovun təqsiri sübuta yetirilərsə, ona qarşı məhkəmə cinayətlərin məcmusunu qismən və ya tam toplamaq yolu ilə hökm çıxaracaq.
 

Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz.


Beləliklə, cinayəti törətmiş şəxsi minimum 8, maksimum 15 il həbs cəzası gözləyir. Cinayətin motivini nəzərə alsaq, ona minimal həbs cəzası veriləcəyi inandırıcı görünmür.

Xatırladaq ki, zorlanmış qız əməliyyat olunub,əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib.

Nəzərə alsaq ki, zorlama hadisəsinə görə, belə şəxsləri həbsxanada daha ağır cəzalandırırlar, onda bu pedofil "atanın" taleyi o qədər də ürək açan olmayacaq (oxu.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin