Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin (Həşimov) və onunla birgə təqsirləndirilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Saat 10.00-a təyin olunan proses təxminən 45 dəqiqə gec başladı. Məlum oldu ki, prosesin gecikməsinə səbəb müttəhilmlərin məhkəməyə gətirilməsinin gecikdirilməsi ilə bağlıdır.
Məhkəmə iclası başlanandan sonra hakim N.Kərimov müttəhim T.Qurbanovun yeni vəkillini təqdim etdi və bildirdi ki, bundan sonra Əyyub Ələkbərov də onun hüquqlarını müdafiə edəcək. Tərəflər yeni vəkilə etiraz etməsələr də, P.Həşimli vəkilin T.Qurbanova kim tərəfindən tutulması ilə bağlı hakimə sual etdi. Hakim isə, T.Qurbanovun özünün onunla müqavilə bağldığını dedi. Amma proses zamanı Ə.Ələkbərovun əsas missiyası ittihamı dəstəkləməkdən ibarət oldu. Bu barədə bir qədər sonra...
Daha sonra P.Həşimli üzünü hakimə tutaraq MTN təcridxanasında kamerada tək saxlanıldığını deyərək məhkəmə prosesinin bir qədər sürətləndirilməsini xahiş etdi: “7 aydır ailə üzvlərimlə, valideynlərimlə görüşə bilmirəm. Düzdür, mənə bayram günü həyat yoldaşımla görüş verildi. Amma mən atamu, anamı da görmək istəyirəm”.
Hakim isə bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsini və ona kömək edəcəyinə söz verdi. Amma o, məhkəmə prosesinin sürətləndirilməsinin mümkün olmadığını dedi: “Özünüz bilirsiniz ki, bu ağır işdir. Epizodlar üzrə işlə tanış olub prosesi keçiririrk. Həm də icraatımızda başqa işlər də var”.
Daha sonra P.Həşimli vəsatətlərinin olduğunu dedi. Hakim vəsatətlərə şahidlərin dindirilməsindən sonra baxılacağını desə də, P.Həşimli vəsatətinin birinin məhz şahid məsələsinə aid olduğunu bildirdi: “Təvəkkül Qurbanov mənimlə tanışlığı İqtisad Universitetində oxuyan oğlu Yəhya Qurbanovun kəsirinin olması və bu məsələdə məndən kömək istəməsi ilə bağlı olub. Amma Yəhya Qurbanov ibtidai istintanqda ifadəsində bildirib ki, o, əlaçıdır və heç bir kəsiri də olmayıb. Buna görə ziddiyəti araşdırmaq üçün Yəhya Qurbanovun məhkəmədə şahid ifadəsi verməsi zəruriliyi yaranır”.
Amma hakim bildirdi ki, əlavə şahidlər məsələsinə yalnız əsas şahidlər dindiriləndən sonra baxıla bilər və bu səbəbdən vəsatəti baxılmamış saxladı. Bu zaman T.Qurbanov ayağa qalxaraq P.Həşimlinin üstünə hücum çəkdi. Dəmir barmaqlıqlar arxasında qandalsız olan T.Qurbanov barmaqlığın yaxınlığında dayanmış əli qandallı P.Həşimliyə bir neçə yumruq atsa da, məhkəmə nəzarətçiləri ona mane oldular. Daha sonra isə o, məhkəmə zalında qadınların da olmağına baxmayaraq nalayiq ifadələrlə P.Həşimlini təhqir etməyə başladı. O P.Həşimlini ailə üzvlərini “bu işə qatmaqda” ittiham etdi. P.Həşimli isə kimsə şər atmadığını, T.Qurbanovun həyat yoldaşının MTN-in Gəncə şöbəsinin rəis müavininə məxsus restoranda mühasib işlədiyiyini və bu ailənin əli ilə digər şəxslərin də şərlənərək həbs edildiyini bir daha təkrar etdi.
Təxminən 10 dəqiqə davam edən mübahisəni T.Qurbanov başlasa da, o, P.Həşimlinin ünvanına təhqirlər yağdırsa da, hakim hər iki müttəhimə xəbərdarlıq etdi. Eyni zamanda hakim T.Qurbanovun “xuliqanlıq” hərəkətlərinin qarşısını almağa da tələsmədi. Yalnız zalın etirazından sonra o, tərəfləri sakitləşdirməyə başladı.
Daha sonra prosesdə P.Həşimlinin evində aparılmış axtarışa hal şahidliyi etmiş Laçın rayon sakini Rafiq Hümbətov ifadə verdi. Biləcəri qəsəbəsində yaşadığını və MTN əməkdaşları tərəfindən şahidliyə dəvət edildiyini bildirən R.Hümbətov P.Həşimlinin evinə yaxılnlaşanda çəkiliş qrupu və Osman adlı digər hal şahidi ilə bərabər hadisə yerində 10 nəfərə yaxın adamın olduğunu dedi: “Mütstəntiq evin qapısını döydü. Evdən bir qadının səsi gəldi. O əvvəl qorxaraq qapını açmaq istəmədi. Amma müstəntiq axtarışla bağlı qərarın olduğunu dedi və qərarı elan edəndən sonra xanım qapını açdı və biz hamımız içəri daxil olduq. Axtarışa evin birinci mərtəbəsindən başlandı. Orada zalda divanın altnda selofan torbadan 1 ədəl “Makarov” tapançası, 7 ədəd güllə aşkarlandı. Sonra ikinci mərtəbəyə qalxdıq. Orda da kompyuter, disklər və şəkillər var idi. Onların da hamısını yığışdırıb götürdülər. Sonra həyədə anbarda axtarış oldu. Anbarın qapısı bağlı idi. Evin xanımı dedi ki, o qapı heç vaxt bağlı olmur və açar da vermədi. Buna görə onun razılığı ilə əməkdaşlar təsir göstərməklə qapını açıb çəkilişlə içəri girdilər. Oradan da göy selofan torbada 5 ədəd əl qumbarası və onarın alışqanı aşkarlayaraq götürdülər. Sonra da bütün tapılmış şeylər sənədləşdirildi, biz də imza etdik və evimizə getdik”.
Dövlət ittihamçısı Rahim İsmayılov şahidə evə hansı şəkildə girmələri ilə bağlı sual etdi. O, isə evin qapısının P.Həşimlinin yoldaşı tərəfindən açıldığını bir daha təkrar etdi. Amma prokuror şahidin bu dedikləri ilə ibtidai istintaqdakı ifadəsi arasında ziddiyətin olduğunu bildirərək ifadəsinin elan edilməsini xahiş etdi. Hakim isə digər tərəflərin də suallarından sonra bu məsələyə baxılacağını dedi.
Daha sonra P.Həşimlinin vəkili Elçin Sadıqov şahidə suallar verdi.
E.Sadiqov: Tapança haradan tapıldı?
R.İsmayılov: Divanın altından.
E.Sadiqov: Oradan başqa nəsə çıxdımı?
R.İsmayılov: Uşaq oyuncaqları idi. Deəsən, ayı və başqa nəsə.
E.Sadiqov: Sizcə silahın uşağın oyuncaqlarının olduğu yerdə gizlədilməsi məntiqidirmi?
Hakim bu sualı çıxardı.
E.Sadiqov: Həmin tapançanı sız divanın altından çıxarandan əvvəl görmüşdünüzmü?
Bu zaman hakim E.Sadıqovu “təxribatçı suallar” verməkdə ittiham edərək ona xəbərdarlıq etdi: “Bu nə deməkdir? Bu nə sualdır? Siz o, əməliyyatda iştirak edən müstəntiqi tanıyırsınızmı, ona şər atırsınız? Necə yəni silah tapılandan əvvəl onu görmüşdünüz?”
E.Sadıqov isə xəbərdarlığın yersiz olduğunu və onun şahiddən başqa məsələni soruşduğunu dedi: “Möhtərəm hakim, niyə fikrimi dolaşığa salırsınız? Deyirəm ki, silah divanın altında olanda, hələ müstəntiq onu çıxarmamışdan əvvəl, yəni yerində şahidə göstərilmişdi, ya yox?”
Bu suala cavabda isə şahid bildirdi ki, o, yalnız silahı divanın altından çıxarılandan sonra görüb.
E.Sadıqov: Pərviz Həşimlinin evində təhlükəsizlik kamerası var idimi?
R.Hümbətov: Həyət qapısının yanında kamera var idi. Amma onun başı aşağı idi.
E.Sadıqov: Bəs, anbarda axtarış aparılanda siz də ora daxil olmuşdunuzmu?
R.Hümbətov: Müstəntiq ora çəkilişlə girmişdi. Biz də çöldən baxırdıq.
E.Sadıqov: Bəs evə necə daxil oldunuz?
R.Hümbətov: Dediyim kimi, əməkdaşlar qapını döydülər, bir neçə dəqiqə sonra evin xanımı qapını açdı.
Bu zaman E.Sadıqov da hakimə üzünü tutaraq şahidin ifadəsinin elan edilməsini xahiş etdi.
T.Qurbanovun yeni vəkili Ə.Ələkbərov isə şahidə “siz ibtidai istinraqa verdiyiniz ifadəni təsdiq edirsinizmi?” sualını verdi və əlbəttə, o da “bəli” cavabını verdi.
Daha sonra P.Həşimli şahidi sorğu-suala tutdu. O ilk olaraq şahidin harada yaşaması və prosesə necə cəlb edilməsi ilə maraqlandı. Şahid isə P.Həşimli ilə eyni məhlədə yaşadığını və MTN əməkdaşlarının onu evindən çağıraraq şahidliyə cəlb etdiklərini dedi.
Amma P.Həşimli şahidlə evinin arasında 4-5 kilometr məsafə olduğunu dedi və bu şahidin də “ştatlı” olduğunu və yalan danışdığını dedi.
“Siz Binəqədi rayon Polis İdarəsində “drujinaçı”sınız. İşiniz camatın üzünə durmaqdır”, - deyərək daha sonara şahidə suallar verməyə başladı.
P.Həşimli: Siz dediniz ki, evdən şəkillər götürüldü, onlar nə şəkillər idi?
R.Hümbətov: Müxtəlif siyasətçilərlə olan şəkillər idi. Əli Kərimli ilə də şəkil var idi.
P.Həşimli: Bəli, Əli Kərimli, Amerikanın köhnə səfiri En Dörsi, Türkiyə prezidenti Abdulla Gül və digər siyasətçilər, diplomatlarla şəkillərim var idi. Sizcə bu şəkillərin silaha nə aidiyyatı ola bilərdi?
R.Hümbətov: Nə bilim, dedilər baxarıq, lazım olmasa geri verəcəyik.
P.Həşimli: Siz deyirsiniz ki, təhlükəsizlik kamerasını görmüsünüz. Bəs təhlükəsizlik kamerasının yaddaş aparatını niə apardılar?
R.Hümbətov: Mən bunu görmədim.
P.Həşimli: Baxın bu yalançıdır, üzə durur, böhtan atır. Bu adamları haradan tapırlar axı?
Daha sonra hakim şahidin ifadəsini elan etdi. İfadədə bir neçə yerdə “mən digər şahid Rafiqlə” ifadəsi yer alırdı. Eyni zamanda ibtidai istintaqa verilən ifadədə şahid qeyd edib ki, evin pəncərəsinin “reşodkası” MTN əməkdaşları tərəfindən kəsilib və pəncərə sındırılandan sora, evin qapısı çılıb.
Dövlət ittihamçısının və vəkil E.Sadıqovun bu ziddiyətlə bağlı sualına isə cavabda o, “reşodkanın” kəsilməsini görmədiyini, amma “reşodkanı” yerdə gördüyünü dedi.
E.Sadiqov isə şahidin öz ifadəsinə hansı səbəbdən “mən digər şahid Rafiqlə” ifadəsini bir neçə dəfə qeyd etməsini, eyni zamanda onun ifadəsi ilə əslində digər şahid olmuş Osman adlı şəxsin ifadəsinin nöqtə və vergülünə qədər eynilik təşkil etməsini soruşdu. Şahid isə çaşıb belə yazdığını dedi.
Daha sonra prosesdə T.Qurbanovun avtomobilində aparılmış axratışa hal şahidliyi etmiş 75 yaşlı, əslən Gədəbəydən olan Tofiq Abdullayev ifadə verdi. Hakimin “müttəhimləri tanıyırsan?” sualına cavbda o, P.Həşimlini göstərərək “suyu şirin gəlir dedi”. P.Həşimli isə replika ataraq “Mən kəlbəcərliyəm, ağsaqqal da gədəbəyli, dağlar oğluyuq” deyə reaksiya verdi.
Şahidə sərbəst ifadə verilməsi təklif edilsə də o, uzun müddət tərəddüd etdi və və “nə bərədə danışım?” sualını məhkəməyə unvanladı. Bu zaman hakim “bu şəxslər başqa ölkədən qanunsuz yolla silah-sursat gətirməkdə ittiham olunur. Siz o silahların kimdən alınıb, kimə verilməsi və sair barədə nə bilirsinizsə danışın” təklifini etdi.
Hakimin bu təklifi isə vəkil E.Sadıqov tərəfindən sərt qarşılandı və o, məhkəməyə xəbərdarlıq etdiyini və bu xəbərdarlığın protokola düşməsini tələb etdi: “Hələ bilinmir ki, silahı kim gətirib, kim, kimə verib. Siz şahidi müdafiə etdiyim şəxsə qarşı ifadə verməyə təhrik edirsiniz”.
Bundan sonra şahid danışmağa başladı: “Mən “Tri Korona”nın yanından keçirdim. İki nəfər mülki geyimdə adam yaxınlaşıb mənə MTN-in vəsiqəsini göstərib dedilər ki, maşına baxış keçirəcəklər, şahidlik eləmək lazımdır. MTN-in vəsiqəsini görəndən sonra çarəm nə idi, razılaşdım. Sonra biz başqa bir küçəyə getdik. Məndən başqa da bir şahid var idi. Biz yolun kənarında gözlədirk. MTN əməkdaşları maşını yoxladılar, maşının işindəki “lyuk”dan fars dilində yazılmış qəzetlərə bükülmüş 6 ədəd tapança, onların “maqazin”ləri və 40 ədəd güllə çıxartdılar. Sonra tapançaları da bir-bir yoxladılar ki, onların içində güllə var, ya yox. Tapançalardan güllə çıxmadı. Sonra protokol tərtib etdilər, mən də imzaladım”.
Prokurorun “silahlar kimə məxsus idi?” sualına cavabda isə T.Abdullayev müttəhimləri göstərərk “yəqin bunlara olar da” cavabını verdi. Daha sonra şahid bildirdi ki, müttəhimlər arasında mübahisə olub. O, P.Həşimlini göstərərk “bu dedi ki, sən mənə qarşı şər hazırlamısan. O birisi də buna dedi ki, yox sən məni şərə salmısan”.
E.Sadıqovun suallarına cavabda isə məlum oldu ki, şahidə şahidlik təklif ediləndə ona hüquq və vəzifələri elan edilməyib. Habelə o, tez-tez verilən sualların pis eşitdiyindən təkrar edilməsini xahiş edir və ya 75 yaşı olduğunu bildirərək “dünən yediyini bu gün xatırlamadığını” bildirirdi.
P.Həşimli isə bu yaşlı şahidin ümumiyyətlə prosesdə iştirak etmədiyini, onun sonradan öyrədilərək prosesə cəlb edildiyini bildirdi: “Maşına baxış keçiriləndə başqa bir yaşlı adam gətirilmişdi. O adamı sonra “Bizim Yol” qəzeti redaksiyasnda və “Moderator.az” saytının da ofisində aparılan axtarışa cəlb ediblər. Bu adamı isə birinci dəfədir görürəm. Bu adam hər şeyi yalan deyir”.
Daha sonra P.Həşimli şahidə həbs olunduğu və maşında axtarış aparılan yerlər barədə sual etdi. Şahid isə axtarışın “Tri Korona” tərəfdə, ağ bir binanın yanında aparıldığını və müttəhimlərin də hər ikisinin axtarış aparılan avtomobildə həbs edildiyini iddia etdi.
P.Həşimli isə bir daha yaşlı şahidin böhtançı olduğunu bildirdi: “Məni hələ Təvəkkülün maşınına çatmamış maskalı şəxslər küçənin ortasında yerə yıxıb döyərək həbs ediblər. Hətta mənim şalvarım da cırılmışdı. O şalvarı gələn prosesdə geyinib gələcəyəm. Təvəkkülün isə maşınına ümumiyyətlə mən heç bir vaxt minməmişəm. Onun maşınında axtarışı da MTN-ə yaxıb bir yerdə apardılar. Məni isə ora ağ rəngli “Land-Gruser”lə gətirdilər. Həmin maşın ona görə yadımda qalıb ki, mən həbs olunandan əvvəl bir neçə gün həmin maşın “Bizim Yol” qəzetinin qarşısında dayanırdı və məni bu maşınla izləyirmişlər”.
Daha sonra ifadə verən digər hal şahidi Nazim Hüseynov da demək olar ki, T.Abdullayevin dediklərini təkrarladı. P.Həşimli isə bu şahidin də yalan dediyini bildirdi.
“Sən məni Təvəkkülün maşınında görmüsən? Vicdanın olsun! Yalan danışma. Axı bu adamları haradan tapırlar. Azərbaycan hara gedir? Avropanın heç bir ölkəsində yalançı şahid, “üzə duran” yoxdur”, - deyə qeyd edən P.Həşimli yuxarıda söylədiklərini bir daha təkrarladı.
Şahid isə hətta Qarabağda döyüşdüyünü deyərək, kimsənin üzə durmadığını, ancaq hal şahidi kimi gördüklərini təsdiq etdiyini dedi.
Hər iki şahid dindiriləndə T.Qurbanovun vəkilinin eyni sualı oldu: “İbtidai istintaqa verdiyiniz ifadəni təsdiq edirsiniz?” Onlar da “bəli” cavabını vermişdilər.
Onu da qeyd edim ki, məhkəmə prosesinin çox hissəsi boyu hakim Ramella Alahverdiyeva ya yatmışdı, ya da sadəcə gözlərini yummuşdi.
Proses aprelin 7-si saat 10.00-da davam edəcək.

































































































