Azərbaycanda tükürpədici olay yaşanıb. İmişlidə 11 yaşlı qız dünyaya körpə gətirib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə 11 yaşlı qızın valideynləri dünyaya yeni gələn körpədən imtina ediblər:
“Məsələ ilə bağlı İmişli Rayon İcra Hakiyyəti ilə danışıqlar aparılır. Qızın bu gün hamiləliyi dayandırılıb və uşaq dünyaya gətirilib. Uşaq normaldır. Qızın özünün də vəziyyəti normaldır. Ailə yeni doğulan körpədən imtina etdi”.
Kəmalə Ağazadənin sözlərinə görə məsələni İmişli Rayon Prokuorluğu nəzarətə götürüb:
“Mən uşağın reablitasiyası haqqında iş aparıram. 11 yaşlı qızın necə və hansı şəkildə hamilə qalması məsələsini araşdırmaq istintaq orqanlarının işidir. Amma mən öz fikrimdə qalıram. Bunu kənarda axtarmaq lazım deyil. Qız nə qədərki o ailədədir, o, heç nə danışmayacaq. Çünki qorxu, hədə və narahatçılığı mütləq olacaq. O, heç nə dərk eləmir və özü uşaqdır”.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:45 / 29.10.2021
İmişlidə TÜKÜRPƏDİCİ OLAY - 11 yaşlı qız bu gün körpə dünyaya gətirdi
Hazırda oxunan: İmişlidə TÜKÜRPƏDİCİ OLAY - 11 yaşlı qız bu gün körpə dünyaya gətirdi
Hazırda oxunan: İmişlidə TÜKÜRPƏDİCİ OLAY - 11 yaşlı qız bu gün körpə dünyaya gətirdi
43850
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.