Ölüm saçan plastik QABLAR marketlərdən yığışdırılacaqmı? – AQTA hərəkətə KEÇDİ

Hazırda oxunan: Ölüm saçan plastik QABLAR marketlərdən yığışdırılacaqmı? – AQTA hərəkətə KEÇDİ

0:00
0:00
43846

Satışda olan pratik plastik konteynerlər qidaların saxlanması üçün dəbdədir. Bu qablardan istər evdə soyuducuda, istərsə də marketlərdə geniş istifadə olunur. Amma əksəriyyəti bu qablardan nəinki təyinatı üzrə istifadə etmir, hətta plastik qablarda qida saxlanılmasının həddindən artıq təhlükəli olduğunu fərqinə varmırlar.

Həkim-mütəxəssislər, qidalanma və gigiyena üzrə mütəxəssislər plastik qablarda qidanın saxlanmasının yolverilməz olduğunu bəyan edirlər. 

Bu çağırışla Azərbaycan Tibb Universitetinin dosenti Zeyqam Süleymanov özünün “Facebook” hesabında çıxış edib. O, konkret olaraq “Bazarstore”da  alıcılara turşu, kəsmik, qaymaq, zeytun və s.. hazır qidaların peneplast qablarda təklif olunduğundan gileylənib. Həkim Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə üz tutaraq, məsələni nəzarətə götürmələrini istəyib. 

Bu barədə Bizim.Media-ya danışan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev Zeyqam Süleymanovun sorğusu üzrə “Bazarstore”da  araşdırma aparlacağını bildirib:

“Artıq bununla bağlı Nəzarət Şöbəsi məşğul olur və orada yoxlama aparılması plana salınacaq. Araşdırma bitəndən sonra nəticəsi açıqlanacaq”, - deyə qurum rəsmisi qeyd edib. 

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, qida mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə Qida Təhlükəsizliyi Agentliyi tarladan süfrəyədək məhsulun bütün mərhələlərində, daşınmasından tutmuş satışına qədər hər bir şeyə nəzarət etməlidir:

“Plastik qabların bəziləri qida üçün nəzərdə tutulsa belə qeyri-qida məhsullarına da eyni polietilendən istifadə edirlər. Bir məqam var ki, qida üçün olanda ilk emaldır, təkrar emaldan istifadə edilmir. Bu o demək deyil ki, onu rahatlıqla qidada istifadə etmək olar. Sadəcə daşıması rahatdır. Bu qablar da növlərinə görə dəyişir. Bəziləri şəffaf, bəziləri isə ağ rəngdədir. Sağlamlığa görə istəyiriksə, qidanı bu qablarda almamaq daha yaxşıdır. Yağlı kağıza bükülmüş şəkildə olmalıdır. Maye halda olan qidalar isə şüşə qablarda olmalıdır”.

Ekspert plastik qablarda alınan qidaların evdə dərhal boşaldımasını vacib hesab edir:
 

“Əksər insanlar qidanı günlərlə soyuducuda plastik qablarda, yaxud sellofanlarda saxlayır ki, bu yolverilməzdir. Əks halda reaksiya gedəcək.


Xüsusilə ağartı məhsullarında  mikroorqanizmlərlə reaksiya getdiyi üçün həzm sistemini korlayır və bağırsaqlarda ciddi fəsadlar, eləcə də maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Vacib bir məqama da toxunmaq istəyirəm. Marketlərin çoxunda açıq şəkildə satılan süd və qatıq məhsullarının üstündə istehsal tarixini istehakçılar görə bilmir. Bu məhsullar isə çox az qalır. Bizim hərəkata istehlakçılar tərəfindən şikayətlər gəlir ki, bəzən yeni gətirilən şor, kəsmik, qatıq və ya süd köhnə ilə qarışdırılıb o şəkildə satılır. Ümumiyyətlə mənşəyi bilinməyən bu cür məhsulların alınması məsləhət deyil”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin