2012-ci ilin sentyabrında Masallı rayonunda şərlənərək həbs olunan və 7 il azadlıqdan məhrum edilən Ağalı Rza Qorxmaz oğlunun səhhətində ciddi problem yaranıb. Moderator.az-ın cenubnews.com-a istinadən verdiyi xəbərə görə, Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan gənc dindar müalicə üçün “Tubzon”a aparılıb.
Bildirilir ki, Rza Ağalı Bakı 1 Saylı İstintaq Təcridxanasında azan oxuduğu üçün müəssisənin rəhbərliyi tərəfindən amansız və qeyri-insani rəftara məruz qalıb və 13 dəfə karsa salınıb. O, 14 saylı CM-ə köçürüləndən iki həftə sonra “Tubzon”a aparılıb. Rza Ağalı orada da müəssisənin rəhbərliyi tərəfindən işgəncələrə məruz qalıb və dəfələrlə döyülüb.



































































































