Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsi İraq Respublikasından ölkəmizə gətirilən azərbaycanlı uşaqlarla bağlı məlumat yayıb.
Bu barədə Dövlət Komitəsindən Bizim.Media-ya məlumat verilib.
Bildirilib ki, Oktyabrın 28-də İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 38 uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.
MÖVZU İLƏ BAĞLI:
İraqda həbsdə saxlanılan 38 azərbaycanlı uşaq ölkəyə gətirildi - DETALLAR
Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin nümayəndəsinin də iştirak etdiyi Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə 38 uşaq ölkəmizə gətirilib.
Dövlət Komitəsi və digər aidiyyəti qurumların birgə iştirakı ilə uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Qeyd edək ki, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan vətəndaşı İraq Respublikasından repatriasiya edilib.
Bizim.Media