Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək arabir yağış yağacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin qeyri-sabit keçəcəyi barədə yaydığı xəbrədarlıqda bildirilib.
Qeyd olunub ki, bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var.
Azərbaycanın rayonlarında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 01-i səhərədək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:43 / 28.10.2021
Sabahdan hava kəskin dəyişir - XƏBƏRDARLIQ
Hazırda oxunan: Sabahdan hava kəskin dəyişir - XƏBƏRDARLIQ
Hazırda oxunan: Sabahdan hava kəskin dəyişir - XƏBƏRDARLIQ
43672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.