Nazirlər Kabinetindən yeni qərar – QAYDALAR DƏYİŞDİ

Hazırda oxunan: Nazirlər Kabinetindən yeni qərar – QAYDALAR DƏYİŞDİ

43552

Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli 116 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası”na dəyişikliklər edib.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov imzaladığı sənədə əsasən,müvafiq vəzifəli şəxs vəsiyyətnamə və etibarnamə təsdiqinə rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barəsində əsaslandırılmış qərar çıxarmalı və ondan müraciət verilməsi qaydasını izah etməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

İqtisadi rayonların adında dəyişiklik edildi - Nazirlər Kabinetindən QƏRAR


Eyni zamanda Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 4-cü bəndinin onuncu abzasında və 9-cu bəndinin ikinci abzasında “qətnamə” sözü “qərar” sözü ilə əvəz edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin