Bu gün faciəvi şəkildə həlak olmuş Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Miriyev Telman Mirbaba oğlunun ildönümüdür.
Cəlilabad rayon Günəşli kəndindən olan polkovnik-leytenant Telman Miriyev 2016-ci il oktyabrın 27-də hərbi poliqonlardan birində praktiki məşqlər zamanı şəhid olub.
Telman Miriyev 1981-ci ildə iyul ayının 19-da Cəlilabad rayon Günəşli kəndində anadan olub.
O, sözügedən kənd orta məktəbini bitirdikdən sonra C.Naxçıvanski adına məktəbdə, daha sonra isə Hərbi Akademiyada oxuyub. Telman zabit kimi ilk olaraq Gəncə şəhərində N saylı hərbi hissədə işə başlayıb. Sonra Amerikada kurs keçib. Ölümünə kimi isə Telman Ağdam, Bərdə və Bakıda zabit kimi işləyib və 2016-ci ildə Aprel döyüşlərində fəal iştirak edən zabitlərimizdən biri olub. Mərhum zabitimiz 25 iyun 2014-cü ildə mayor rütbəsində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidin 10 yaşlı qızı Zeynəb Miriyeva Prezidentə müraciət edərək, atasının şəhid kimi tanınmasını xahiş edirdi.
Ölkə başçısı İlham Əliyev onun övladının çağırışına biganə qalmayıb və Telman Miriyevə şəhid statusu verilib. Bu barədə mərhum komandirin əsgəri olmuş Elnur Ağayev Bizim.Media-ya məlumat verib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:30 / 27.10.2021
Faciəvi şəkildə şəhid olan polkovnikin İLDÖNÜMÜDÜR - FOTO
Hazırda oxunan: Faciəvi şəkildə şəhid olan polkovnikin İLDÖNÜMÜDÜR - FOTO
Hazırda oxunan: Faciəvi şəkildə şəhid olan polkovnikin İLDÖNÜMÜDÜR - FOTO
43534
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.