Bakıda yaxın vaxtlarda avtobuslarda gediş haqqını NFC texnologiyası (kontaktsız ödəniş), QR kodu və ya bank kartı ilə ödəmək mümkün olacaq.
Bizim.Media xəbər verir ki,bu barədə informasiyanı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev yayıb.
Onun sözlərinə görə, BakıKart səyahət kartlarının satışı dayandırılacaq:
“Sərnişinlərə gediş haqqını ödəmək üçün yeni üsullar təklif olunacaq. Əvvəlki səyahət kartları olmayacaq, çünki ödənişlər onlayn həyata keçiriləcək. Yaxın gələcəkdə səyahət haqqını NFC, QR-kod və ya bank kartı ilə ödəmək mümkün olacaq və bununla da hazırda istifadədə olan səyahət kartlarına ehtiyac aradan qalxacaq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:26 / 27.10.2021
Bakı avtobuslarında gediş haqqı bank kartı ilə ödəniləcək - RƏSMİ
Hazırda oxunan: Bakı avtobuslarında gediş haqqı bank kartı ilə ödəniləcək - RƏSMİ
Hazırda oxunan: Bakı avtobuslarında gediş haqqı bank kartı ilə ödəniləcək - RƏSMİ
0:00
0:00
43450
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.