Moderator.az xəbər verir ki, Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Bahar bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
“Dəyərli və uca millətimiz!
Sizi xalqımızın qədim və ən əziz bayramı, bolluq, bərəkət rəmzi olan Bahar bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, səadət dolu günlər arzulayıram”.






























































































