Sosial şəbəkələr üzərindən azyaşlılara İNTİM TƏCAVÜZLƏR – Cəza mexanizmi varmı?

Hazırda oxunan: Sosial şəbəkələr üzərindən azyaşlılara İNTİM TƏCAVÜZLƏR – Cəza mexanizmi varmı?

43358

Bir neçə gün öncə azyaşlı bir qız sosial şəbəkədə seksual zorakılığa qalması barədə informasiya yayılıb. Zamanla bu cür xəbərlər xəbər lentimizdə özünü biruzə verir. Bu haqda bəzi maarifləndirici yazılar, sosial çarxlar nümayiş etdirilsə də məsələ heç cür öz həllini tapmır.

Düzdür, uşaqlara sosial şəbəkə üstündə seksual xarakterli mesajlar yazan, onlara intim video və fotolar yollayan və digər əxlaqsız təkliflər edən insanlara qanunda cinayət işi nəzərdə tutulur. Ancaq bu o halda, problemin öz həllini tapdığı təqdirdə baş verir. Lakin boynumuza alaq ki, belə hadisələrin çoxu isə, cəzasız qalır. Çünki bura virtual aləm olduğuna görə, fake profillər, yalançı İP adreslərlər interneti, sosial şəbəkələri istifadə etmək olar.

Burda ən əsas məsuliyyət valideynlərin üzərinə düşür. Hər bir valideyn övladının hansı sosial şəbəkəyə daxil olmasına, kimlərlə əlaqə qurmasına müəyyən yaş dövrünə qədər nəzarət etməlidir. Bu zaman o, azyaşlı övladını ətrafdakı təhlükələrdən qoruya bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkədə ANONİM böhtançılar yaxalanacaq - CİNAYƏT İŞİ açıla bilər 


İT mütəxəssisi Elvin Abbasov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu problemi həll etmək üçün bir neçə yol var. 

“İnternetə nəzarət üçün həm kompyuter, həm də mobil versiyalar üçün onlarla proqram təminatı var. Bu proqramlarda müxtəlif kateqoriyalarının müxtəlif versiyaları nəzərdə tutulub. Məsələn “Ailə qoruma kateqoriyaları” adı altında elə proqramlar var ki, onun köməkliyi ilə valideynlər övladlarının internet girişinə nəzarət edə bilirlər. Bundan başqa “Ev nəzarət sistemləri” proqramları vasitəsilə isə ona qoşulan bütün kompyuterlərdə hansı saytlara istəsəz giriş-çıxışına qadağa qoya bilərsiniz”. 

Mütəxəssis bildirib ki, bundan əlavə dövlətin özünün rəsmi qurumları bəzi saytları özləri qadağa edir. 

“Məsələn pornoqrafik saytlar, şiddətə, terrora, əxlaqsızlığa cəlb etmək kontekstində olan portallara giriş mümkün olmur. Ancaq burada sosial şəbəkələr  individualdır. Sosial şəbəkələrin də özlərinin müəyyən yaş qadağaları var. Onların da daxili filtirasiyası mövcuddur”.

E. Abbasov qeyd edir ki, sosial şəbəkə açmaq istəyən uşaqlara isə valideyn tərəfdən ciddi nəzarət olmalıdır. Onun sözlərinə görə, bunun da bir neçə səbəbləri var.  

“Ancaq seksual və digər əxlaqsız təkliflərə gəldikdə isə əgər bir valideyn övladının sosial şəbəkədə qeydiyyatdan keçməsini qəbul edirsə, onda mütləq şəkildə buna nəzarət edib, onların özləri haqqında məlumatları xanalara doğru doldurmasına da baxmalıdırlar. Çünki əsasən azyaşlı uşaqlar, orada özləri haqqında məlumatları səhv qeyd edirlər. Yaşlarını bir-neçə il böyük göstərirlər. Bu da onları birbaşa bu cür xoşagəlməz hallarla üzləşməsinə səbəb olur”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin