Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisində oktyabrın 25-i axşam saat 18:00 radələrindən başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi güclənib.
Qar örtüyünün hündürlüyü Ləzə, Xınalıqda 25 sm, Qrızda 23 sm, Dəstəfurçay-Qaraqollar (Daşkəsən) 11 sm, Şahdağ, Xaltanda 3 sm, Qusarda 2 sm, Altıağac, Daşkəsəndə 1 sm olub.
Şimal-qərb küləyi arabir Naftalanda 32 m/s, Tərtərdə 27 m/s, Tovuzda 24 m/s, Ağdam, Bərdədə 23 m/s, Ağstafa, Nabran, Neftçala, Gəncədə 20 m/s, Ceyrançöl, Göyçayda 18 m/s, Mingəçevir, Yevlaxda 17 m/s, Şəmkir, Şabran, Xaçmazda 16 m/s, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Qum adasında 28 m/s, Pirallahıda 25 m/s, Neft Daşları, Çilov adası, Maştağada 24 m/s, Sumqayıtda 22 m/s, Binədə 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.5 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8°-dək isti, aran rayonlarında 11°-dək isti, dağlıq rayonlarda 6°-dək şaxta, Naxçıvan MR-da 3-10° isti olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:50 / 26.10.2021
25 sm-lik qar yağdı, şaxta var – FAKTİKİ HAVA
Hazırda oxunan: 25 sm-lik qar yağdı, şaxta var – FAKTİKİ HAVA
Hazırda oxunan: 25 sm-lik qar yağdı, şaxta var – FAKTİKİ HAVA
43303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.