Ağır yaralanan daha 4 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Fonddan Bizim.Media-ya bildirilib ki, həmin şəxslər Tağıyev İlkin Həmid oğlu, İsmayılov Seymur Sabir oğlu, Şirəliyev Mehman İbrahim oğlu Orucov Samir Surxay oğludur.
Qeyd olunub ki, "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
Bildirilib ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Qeyd edək ki, Fond tərəfindən bu günə qədər 144 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 98-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:23 / 26.10.2021
Ağır yaralanan 4 qazi Türkiyəyə göndərildi - FOTO
Hazırda oxunan: Ağır yaralanan 4 qazi Türkiyəyə göndərildi - FOTO
Hazırda oxunan: Ağır yaralanan 4 qazi Türkiyəyə göndərildi - FOTO
0:00
0:00
43270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.