Gəncədə piyadanın ölümünə səbəb olan sürücü barəsində cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, oktyabrın 23-də, axşam saat 19 radələrində, Gəncə şəhər S. Rəhimov küçəsində, şəhər sakini, 1982-ci təvəllüdlü Ramin Abbasov idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 1954-cü il təvəllüdlü İbrahim Bayramovu vurub, nəticədə piyada hadisə yerində ölüb.
Faktla əlaqədar polis əməkdaşları müvafiq araşdırmalar aparıb.
Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində sürücü Ramin Abbasov barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb və, araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:30 / 26.10.2021
Piyadanı öldürən sürücüyə cinayət işi açıldı
Hazırda oxunan: Piyadanı öldürən sürücüyə cinayət işi açıldı
Hazırda oxunan: Piyadanı öldürən sürücüyə cinayət işi açıldı
43233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.