AQTA monitorinqlərin sayını artırdı

Hazırda oxunan: AQTA monitorinqlərin sayını artırdı

4321

Dekabrın 4-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinin Agentliyinin rəsmi “facebook” sosial hesabı üzərindən yayımlanan “Təhlükəsiz Qida” verilişinin növbəti buraxılışı olub.

Bizim.Media AQTA-dan verilən məlumata istinadən bildirir ki, verilişdə COVID-19-un profilatikası ilə bağlı zəruri olan tələblər, həmçinin AQTA-nın ictimai-iaşə müəssisələrində həyata keçirdiyi yoxlama nəzarət tədbirləri ilə bağlı məsələlərə aydınlıq gətirilib.

Agentliyin Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin müdiri Əkbər Əliyev Bakı şəhəri, Abşeron, Sumqayıt və sərt karantinin tətbiq edildiyi Mingəçevir, Ağstafa, Şəki regionlarında indiyə qədər 8000-ə yaxın ictimai-iaşə müəssisəsində 40 minə yaxın monitorinqin keçirilməsi nəticəsində 3200-dən artıq qayda pozuntusunun aşkarlandığını bildirib. 

Həmçinin monitorinq zamanı müəssisələrdə işçi heyətin maska və digər qoruyucu və dezinfeksiyaedici vasitələrdən düzgün istifadə etmədiyi müəyyən edilib. 

Qurumdan bildirilib ki, həmin pozuntular inzibati məsuliyyət yaratdığı üçün sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tədbirlər görülüb.

Qeyd edək ki, qurum ilə vətəndaşlar arasında yeni ünsiyyət platforması kimi qiymətləndirilən "Təhlükəsiz qida" onlayn verilişi hər həftənin cümə günü saat 15.00 Agentliyin rəsmi Facebook hesabında yayımlanır.

Yusibli Səkinə, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin