İsveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər

Hazırda oxunan: İsveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər

43181

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İsveç Krallığının ölkəmizdə səfərdə olan media nümayəndələri – Mariya Bertell, Aqneta Nordin, Dəniz Merdol və Alf Mikael Silkeberq ilə görüşüb.

Bizim.Media xəbər verir ki, qonaqlara ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti və komitənin fəaliyyəti barədə məlumat verilib.

Qeyd edilib ki, Ermənistanın deportasiya, milli ayrı-seçkilik və işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurdundan didərgin düşüb, böyük çətinliklərlə üzləşib, maddi-mənəvi itkilərə məruz qalıb.

Otuz ilə yaxın müddətdə onların problemlərini həlli üçün məqsədyönlü iş aparılıb.

Qonaqlara işğaldan azad edilmiş ərazilərin mövcud vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri, bərpa-quruculuq işləri və məcburi köçkünlərin qayıdışa hazırlanması barədə də məlumat çatdırılıb.
 

İsveçli jurnalistlər ölkəmizin postmünaqişə dövründəki vəziyyəti ilə yaxından tanış olmaq üçün gəldiklərini, səfər çərçivəsində işğaldan azad edilmiş rayonlara, həmçinin Bərdə və Gəncə şəhərlərinə gedəcəklərini bildiriblər.


İsveç Krallığındakı Azərbaycan diasporunun üzvü, rejissor və ssenarist Rahim Sadıqbəylinin də iştirak etdiyi görüşdə xarici jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin