AVP Gənclər Təşkilatı BDU-da tədbir keçirdi

Hazırda oxunan: AVP Gənclər Təşkilatı BDU-da tədbir keçirdi

43158

Moderator.az-a daxil olan məlumata görə, Ana Vətən Partiyasının Gənclər Təşkilatı Bakı Dövtət Universitetində Heydər Əliyevin müdrik sözü olan”Xalqın,vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” mövzusunda tədbir keçirib.

Tədbirdə ilk olaraq çıxış edən Ana Vətən Partiyası Gənclər Təşkilatının sədri Tural Məmmədov Ulu Öndər Heydər Əliyev ideyalarından, onun xalqımıza verdiyi töhvələrdən geniş bəhs etdi. T.Məmmədov Azərbaycan gəncliyini  ayıq-sayıq olmağa  və milli tariximizi dərindən öyrənməyə  çağırdı.

Eyni zamanda beynəlxalq aləmin Azərbaycana qarşı göstərdiyi ədalətsizlikdən danışan sədr bildirdi ki, mövcud sabitliyimizin qorunmasında hər bir kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışan Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı Azad Rzayev, belə tədbirlərin gənclər arasında mütamadi keçirilməsinin vacib olduğunu söylədi. Azad müəllim Ana Vətən Partiyasına keçirdiyi  tədbirlərə görə təşəkkür etdi.

Sonda tədbir tələbələrin çıxışları ilə başa çatıb.


AVP Gənclər Təşkilatı BDU-da tədbir keçirdi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin