Şəhid ailələri və müharibə əlillərinə nə veriləcək? – RƏSMİ 

Hazırda oxunan: Şəhid ailələri və müharibə əlillərinə nə veriləcək? – RƏSMİ 

4315

Şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin olunmurlar. Onlar digər sosial ödənişlər edilir. Şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar.

Bu barədə Bizim.Media-nın sorğusunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovlu cavablayıb.

Şöbə müdiri qeyd edib ki, torpaqlarımızın azadlığı urunda şəhid olanların vərəsələrinə 11 min manat birdəfəlik sığorta ödənişi verilir.

Müharibə əlillərinə sığorta ödənişinin məbləği isə belədir:

I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, 

II dərəcə əlilliyi olan şəxslərə 6600 manat,

III dərəcə əlilliyi olan şəxslərə 4400 manat ödənilir

Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə, əmək stajından asılı olaraq orta məbləğlə 400 manat pensiya və ya müavinət də ayrılıb.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovlı onu da bildirir ki, bu kateqoriyadan olan şəxslərin əmək pensiyasının sığorta hissəsinə 55-110 manada əlavə olunub. Prezidentin onlar üçün ayırdığı aylıq 210-300 təqaüdü də ödənilir:

“Bununla yanaşı olaraq şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azaddırlar”.

Bundan başqa digər imkanlardanda yaralanırlar. Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar. İl ərzində bir dəfə Sanator-kurort müalicəsinə ödənişsiz yollanırlar.  
Aktiv məşğulluq proqramlarında onlara üstünlük verilir, məşğulluğun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin