Səhiyyə Nazirliyi hamilələrlə bağlı ÇAĞIRIŞ ETDİ - DETALLAR

Hazırda oxunan: Səhiyyə Nazirliyi hamilələrlə bağlı ÇAĞIRIŞ ETDİ - DETALLAR

43126

Səhiyyə Nazirliyinin Elmi- Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınları (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12 həftəsindən sonra mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd olunmağı tövsiyə edir. 

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 

Bildirilib ki, son elmi tədqiqatların nəticələrini, bir sıra ölkələrin (ABŞ, İsrail, Belçika, İtaliya, Böyük Britaniya, Sinqapur, Yaponiya və s) vaksinasiya təcrübəsini, ÜST-nin, CDC-nin, FDA-nın tövsiyələrini nəzərə alaraq risk qrupuna daxil olmayan hamilə qadınlar da, hamiləliyin 12 həftəsindən sonra yazılı razılıqları əsasında mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd oluna bilərlər:

"Hamilə qadınlar peyvənd olunduqda, onların əks göstəriş sertifikatı vaksin sertifikatı ilə əvəzlənəcək". 

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır" - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin