Dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanında uğur qazanmış namizəd sertifikatını əldə etmək üçün oktyabrın 25-dən noyabrın 5-dək Dövlət İmtahan Mərkəzinin (DİM) portalında müraciət formasını doldurmalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə DİM-dən bildirilib.
Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin və əmək kitabçasının (olduğu halda) skan edilmiş surətləri formaya əlavə edilməlidir.
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 iş günü müddətində DİM-ə təqdim etməlidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:38 / 25.10.2021
DİM-dən MÜRACİƏT - Bu şəxslərə 5 gün vaxt verildi
Hazırda oxunan: DİM-dən MÜRACİƏT - Bu şəxslərə 5 gün vaxt verildi
Hazırda oxunan: DİM-dən MÜRACİƏT - Bu şəxslərə 5 gün vaxt verildi
0:00
0:00
43122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.