Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” ("Teleradio") İstehsalat Birliyi Qubadlı rayonunda televiziya və radio yayımını təmin edib.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Qubadlı şəhəri və rayonun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub.
Xatırladaq ki, indiyədək işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayım stansiyalarının fəaliyyətinin bərpası istiqamətində bir sıra işlər həyata keçirilib.
Hazırda işğaldan azad olunmuş digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri stansiyasında bərpa işlərinin bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:26 / 25.10.2021
Qubadlıda televiziya və radio yayımı TƏMİN OLUNDU
Hazırda oxunan: Qubadlıda televiziya və radio yayımı TƏMİN OLUNDU
Hazırda oxunan: Qubadlıda televiziya və radio yayımı TƏMİN OLUNDU
0:00
0:00
43092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.