Ölümündə Talibanın günahlandırıldığı əfqanıstanlı voleybolçu qız Mahcabin Hakimi ABŞ tərəfindən təlim keçən polis xüsusi təyinatlılarının tərkibində 5 il xidmət edib. Nişandan bir il sonra bəyin təkidi ilə xidməti tərk edib.
Bizim.Media “Sputnik Əfqanıstan”a istinadən xəbər verir ki, o, voleybolla məşğul olub və Kabil qadın komandasında oynayıb.
Telegram kanalı, qızın məzarından ölüm tarixinin göstərildiyi məzar daşının fotoşəkillərini yayımlayıb: 6 Avqust 2021.
"Kabilin Taliban tərəfindən tutulmasından 9 gün əvvəl qızın 25 yaşı var idi", - kanal qeyd edir.
Nəşrin yazdığına görə, Mahcabin bəyin evində yaşayırmış. Boğulduqdan sonra öldürülüb, meyitinin üzərində döyülmə izləri aşkar edilib.
"Boynundakı yaradan boğuldunu ayırd edə bilərsiniz. Bəyin ailəsi onun hamamda özünü asdığını söyləyir. Hakiminin atası isə buna inanmır. Məhkəmə ekspertizası qəsdən adam öldürmə versiyasını təsdiqləyir. Qətllə bağlı cinayət işi açılmayıb" deyə nəşr qeyd edib.
Jurnalistlər belə nəticəyə gəliblər ki, qızın qətlində Taliban hərəkatının əli olmayıb. O, mülki şəxs tərəfindən boğularaq öldürülüb.
Bizim.Media