Azərbaycan Ziyalılar Birliyi sədrinin müavini Seyran Rəfiyev Moderator.az-a göndərdiyi yazıda VİP və onun rəhbərliyində təmsil olunan şəxslərin ünvanına kəskin ittihamlar səsləndirib. S.Rəfiyevin “Ləkə” sərlövhəli yazısını olduğu kimi oxuculara təqdim edirik.
Ləkə
“Bilməyənlər üçün xatırladım ki, dünyada acıq və hikkəsindən quyrugundakı neştərini başına sancaraq öz-özünü öldürən yeganə həşərat əqrəbdir.Bunu yada salmaqda məqsədim, son zamanlar KİV səhifələrində, daha sonra isə məhkəmə müstəvisində, VİP adlı oyuncaq siyasi bir qurumun sərgilədiyi, heç bir əxlaq çərçivəsinə sıgmayan hirsli-kinli mövqeyidir.
Təəsüflər ki, VİP funksionerlərinin hər çıxışı, müsahibə və yazıları ölkənin tanınmış simalarına camur atmaq, onları küçə söyüşləri ilə təhqir etməklə müşayət olunur və bu, az qala artıq onların adi davranış qaydalarına çevrilibdir.
Bu xususda onların ölkənin nadir aydınlarından biri olan, Azərbaycan Ziyalılar Birliyinin sədri, Ziyalılar Forumunun təsisçilərindən biri, Milli Şuranın rəhbərliyində təmsil olunan Eldəniz Quliyevə qarşı apardıqları qeyri-etik kompaniya acı təəssüf hissi dogurur.
VİP ”“çilər hər dəfə E. Quliyevi aşagılamaqla özlərini ucaltmaga səy göstərirlər və bu da , heç şübhəsiz ki, son nəticədə öz partiyalarının alçalmasına gətirib çıxarır. Məhz helə bu səbəbdən mən, Eldəniz müəllimin həyat və yaradıcılıgından kiçik bir hissəni hörmətli oxucuların nəzərinə çatdırmagı lazım bildim .
Eldəniz Quliyev hər şeydən öncə tanınmış yazıçı, kinodramaturqdur. İki ali təhsili var. Moskva Ali ssenari və rejissorluq kurslarını bitirib. Dahi kinorejissor A. Tarkovski, O.İosiliani, B. Yejovun yaradıcılıq emalatxanasında təhsil alıb. Onlarla bədii, sənədli filmlərin ssenari müəllifi, eləcə də ölkəmizdə və xarici teatrlarda tamaşaya qoyulmuş pyeslərin, kitabların müəllifidir. Dövrü mətbuatda mindən artıq analitik, publisisstik məqalələri çap edilib. 1987 ”“ ci ildən SSRİ Yazıçılar Birliyinin və SSRİ Kinematoqraflar İttifaqının üzvüdür. Buyurun, bu da onların tez-tez işlətdiyi : “kimdir axı bu Eldəniz ?” sualına cavab.
Qarşılıqlı olaraq, indi mən sual edirəm: VİP sədri Əli Əliyev və onun sədaqətli ( və heç şübhəsiz ki, həm də - xaltalı) müavini Ramil Hüseynov kimdir? Eldəniz müəllimlə bu məxluqları müqayisə etmək olarmı?! Yəni, Eldəniz Quliyevin yazdıqlarını üst- üstə qoysan Əli, Ramil və üstəlik bir neçə Fərhad Məhərrəmov, Cavid Cabbarlı kimi digər VİP funksionerlərinin boyundan çox-çox hündür olar! Həqiqətən , utanmasan oynamaga nə var ki?..
Bu yerdə tam səmimiyyətlə qeyd edim ki, əxlaq qaydalarına zidd olmağına baxmayaraq, ictimai rəyə çıxardılan bu lazımsız didişmə və kofrantasiya , əslində, baş verməyə də bilərdi. Bunun üçün Əli Əliyev öz sag və solundakı muzdlu işçilərinə “Fas” komandası vermək əvəzinə, onlara “ namordnik” geyindirməliydi, - vəssəlam!.. Görürsünüz, hazırda qəlizləşərək məhkəməyə qədər gedib çıxmış məsələnin bu qədər sadə və bəsit həlli var idi ! Hayıf ki, Əli Əliyev bu şansı əldən buraxdı.
Bəli, Eldəniz müəllim vaxtaşırı VİP ”“ in hücumlarına, əsasən də Əli Əliyev və onun dödrayaqlı ”vəfalı” müavini tərəfindən Milli Şuranın fəaliyyətinə yönəli sifarişli - qərəzli munasibətlərinə, o cümlədən demokratik düşərgənin ünvanına səslənən şər-böhtan və yalanlara qarşı öz kəskin sözünü deyib. Tərbiyəsiz küçə uşaqlarının təhqirlərini durdurmaq və onların maskasını cırmaq məqsədi ilə : “Mən atasından çox qonşusuna bənzəyən birisinə cavab vermək istəmirəm,” ”“ söyləyib .
Burda kiçik bir haşiyə çıxaraq qeyd edim ki, bu kəlmələri işlədərkən Eldəniz müəllim azacıq səhvə yol verib, - gərək “ qonşusuna bənzəyən “ ifadəsi əvəzinə, “qonşularına bənzəyən” deyəydi, -yəqin bu daha dəqiq olardı.
Daha sonra, vaxtı ilə təmsil olundugu AMİP ”“ i yarı yolda qoyub ona xəyanət eləyən, təmsil olundugu “Azadlıq” bloku haqqında “ Muxalifəti necə parçalamaq?” “ Muxalif liderlərinin arasına necə nifaq salmaq? ” və s. mövzularda danoslar yazan, elə bu səbəbdən də oradan- “Azadlıq” blokundan qovulan Əli Əliyev haqda R.Reyqanın təbirincə , “ Qədim peşə sahibi “deyilməsi VİP sədrinin dolgun və həqiqi portretinə güzgü tutulması deyl bəs nədir?!
O ki qaldı onun ailə tərbiyəsi görməmiş və hər zaman başından və yaşından böyük qələtlər eləyən müavini Ramil Huseynovun leksikonundakı üzdəniraqlıq üslubuna ... buna cavab vermək niyyətim yoxdur; “ ÜZDƏNİRAQLIQ” epitetinin qapalı təcridxanalarda kimlərə və nə səbəbdən verildiyi hər kəsə aydındır. Bu səbəbdən belə davranış və danabaşlıgı ilə çox tezliklə “üzdəniraqlıq” funksiyasını yerinə yetirənlərdən birisinə çevriləcək bir “adama” vaxt sərf edib onu şərəfləndirmək fikrindən vaz keçirəm .. Düz deyiblər, Allah adamın canını almamışdan əvvəl onun aglını əlindən alır. İndi agıldan məhrum birisi haqda nə demək olar ki?.. Allah şəfasını versin!
Oxucuların nəzərinə çatdırım ki, VİP eyni ilə, doğrunun üstünə bağıran oğrunu yamsılayaraq, bu yaxınlarda Eldəniz Quliyevi məhkəməyə də verdi. Xüsusi ittiham qaydasında təqdim etdikləri şikayət ərizəsi məhkəmə tərəfindən birmənalı şəkildə rədd edildi. Rədd edilməliydi də! İşverənlik və şər-şəbədə ilə adam həbs etdirmək göründüyü qədər də asan məsələ deyil.
Niyyətlərinin baş tutmamasından qeyzə gələn VİP ”“çi dəymədüşərlər təzədən hikkə atına minib agızları köpüklənə-köpüklənə yeni təhqirlər seriyasına start verdilər. Partiya adından tələm-tələsik bəyanat yayıb, bu dəfə öz qara siyahılarına artıq Eldəniz Quliyev, Rüstəm İbrahimbəyovla yanaşı Eldar Namazovu və işə baxan Xətai rayon məhkəməsinin hakimi İbrahim İbrahimlini də əlavə etdilər. Və nəinki siyasətçiyə, yaxud partiya rəhbərinə, heç “babası kor demiş nəvəyə” də yaraşmayan bir tərzdə, adı çəkilənləri təhqir, təhdid və hədə atəşinə tutdular. Hakimi satqınlıqda, Eldəniz Quliyevi, Eldar Namazovu isə hakimiyyətə desantlıq edən boynu xaltalı it olmaqda suçladılar(?!). Ancaq bununla da urəkləri soyumadı. “ Yeni Müsavat “ qəzetinin 07 mart 2014 -cü il tarixli sayında (eləcə də sosial şəbəkələrdə) öz söyüş və təhqirlərinə daha “ güclü” zəhər qataraq, ictimai yerdə bərkdən deyilməsi ayıb sayılan, eləcə də insanın şərəf və ləyaqətini alçaldan bolluca mərifətsiz ifadələr , ibarə və epitetlər işlətdilər.
VİP adlı miskin və qurama siyasi toplumun əsil məğzi, mahiyyəti budur!
Dövlət qeydiyyatından keçmiş, sıralarında minlərlə ziyalını birləşdirən bir təşkilatın rəhbəri, ictimai və siyasi xadim kimi hər zaman öz təmiz adını qorumuş Eldəniz Quliyevin ünvanına söylənən qeyri-etik və sözün əsil mənasında tərbiyəsiz ifadələr bir daha subut etdi ki, VİP və onun sədri, eləcə də sədr müavinləri həqiqətən də BİR DƏFƏ YEYİLMİŞLƏRDİR. BİR DƏFƏ YEYİLMİŞİN nə oldugunun isə, zənnimcə, geniş izaha - şərhə ehtiyacı yoxdur.
Onların, öz rəqibləri və apponentləri ilə, az qala quduzluga yoluxmuş məxluqlar kimi davranmaları, böyük-kiçik bilmədən ictimai müstəviyə üfunətli təhqirlər yağdırmaları, təkcə bir və ya bir neçə adama yox, bütövlükdə Azərbaycan siyasi politrasına ləkə gətirir. LƏKƏ! Və bu, səd heyif ki, artıq danılmaz bir faktdır!
Əl vurma ”“ Öldürər!”, “ Basdalama ”“ Üfunət saçar!” Bəli, bizlər bundan sonra bu xəbərdarlıq şüarlarını , eləcə də VİP ”“in , müvafiq olaraq, VİP funksionerlərinin HEÇ NƏ olduqlarını əsas götürərək, ulduza hürənləri öz-özləri ilə tək”“tənha buraxırıq!..”
PS.Məqalədə adıçəkilən bütün şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.
































































































