Gəncə sakinindən “Simurq kompany” ATSC-yə ağır ittihamlar

Hazırda oxunan: Gəncə sakinindən “Simurq kompany” ATSC-yə ağır ittihamlar

42962

Gəncə şəhər sakini Namiq Mustafayevin sərnişindaşıma ilə məşğul olan “Simurq kompany” ATSC ”“nin vergidən yayınması barədə Moderator.az-a müraciəti daxil olub.

Müraciət müəllifi saytımız vasitəsilə Vergilər Nazirliyinə, Korrupsiya qarşı Mübarizə İdarəsinə və Nəqliyyat Nazirliyinə səslənərək müvafiq ölçü götürülməsini xahiş edir.

Müraciətdə Gəncə sakini qeyd edir ki, 05 may 2013-cü ildə “Simurq kompany” ATSC-yə  sürücü kimi qəbul edilib.Həmin vaxtdan  bu günə kimi ATSC tərəfindən ona 5500 manat pula satılmış olan “Hyundai” avtobusla sərnişindaşıma ilə məşğul olub.Avtobusun təmiri ,ehtiyyat hissələrinin alınması və yanacaqla doldurulmasını da o öz hesabına tənzimləyib. Hər gün adıçəkilən müəsissə ona möhürü oxunmayan yol vərəqəsi ilə plan məbləği müxtəlif cür göstərilən rəqəmlər yazsa da axşamlar rəhbərlik yeni yol vərəqəsi tərtib etməklə özünə sərf edən planın məbləğini göstərib. Son aylar ATSC-yə  ödəmiş olduğu məbləğ 1815 manat təşkil edib.Hər gün adıçəkilən müəsissə onu və digər sürücüləri 14 saat işlətməklə plandan əlavə 11 manat 40 qəpikdən maşının təmiri adıyla “haqq” qoyaraq külli miqdarda pul mənimsəyir.

 Müraciətdə daha sonra qeyd olunur ki, “Simurq kompany” ATSC ”“də 600 nəfər sürücü işləsə də cəmi 256 nəfərinin adına əmək müqaviləsi bağlanıb.Hər ay əmək müqaviləsi bağlanmış sürücülərə 85-90 azn arası  əməkhaqqı verilir. Adıçəkilən müəsissənin avtoqarajında 200 nəfərə yaxın texniki işçi çalışır.Buna baxmayaraq onların da nə əmək müqavilələri  var, nə də ki, dövlət büdcəsinə vergi ödənmir.Özlərinə xəlvəti iqtisadiyyat quran “Simurq kompany” ATSC-nin rəhbəri  Əflatun və Ərəstun qarlaşları onu işdən çıxararaq  15000 manat ziyana salıblar.Ona görə ki, ilkin vaxtı Namiq Mustafayev onlardan avtobusu alanda 5500 manat pul ödəyib. Bir ilin ərzində “Simurq kompany” ATSC ”“də qurulan “Qulaq kəsmə” üsul qaydası ilə hər kəsi burada onlara nökər işləməyə məcbur edir.Nəticədə demək olar ki, həmin müəssisənin işçilərindən banka borcu olmayan qalmayıb.

Bundan əlavə iddia olunur ki, sözügedən müəssisə rəhbərliyi 15 ildən çoxdur ki, əlavə dəyər vergisi, mənfəət vergisi və ödəmə mənbəyindən tutulan vergiləri büdcədən yayındırmaqla, eyni zamanda  Əmək Məcəlləsini və mövcud qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla  külli miqdarda dövlət büdcəsinə ödənməli olan vəsaitləri mənimsəyiblər.

 Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.Dəyişikliyə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməl ikinci dəfə təkrar edilərsə, bu halda işəgötürən üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Sonda müraciət müəllifi “Simurq kompany” ATSC ”“də külli miqdarda vergidən yayınma hallarının araşdırlmasını tələb edir, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən qanuni tədbirlər görülməsi tələb edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin