“Sərhəd fədaisi” filminin təqdimatı keçirilib – FOTO

Hazırda oxunan: “Sərhəd fədaisi” filminin təqdimatı keçirilib – FOTO

0:00
0:00
42938

“Azərbaycan İstiqlal Muzeyində” ilk sərhədçi general Mustafa Nəsirovun 100 illik yubileyinə həsr olunan “Sərhəd fədaisi” sənədli filminin təqdimatı keçirilib. 

Bizim.Media-nın məlumatına görə, filmin müəllifi jurnalist Mehman Davudoğludur.

Təqdimat mərasimində bildirilib ki, Mustafa Nəsirov 91 ilə yaxın mənalı və şərəfli ömür sürüb. Onun yarım əsrdən çoxunu Sərhəd Qoşunlarına həsr edib.

İlk Azərbaycanlı general olması ilə hər zaman fəxr edib. 1968-ci ildə milli lider Heydər Əliyevin təşəbbüsüilə SSRİ DTK-nin Zaqafqaziya sərhəd dairəsinin hərbi-əməliyyat söbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Ulu öndərin dəstəyi ilə general rütbəsinə qədər yüksəlib. Bir çox orden və medallarla təltif olunub.

Mərasimdə Veteranlar Təşkilatının üzvləri, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, Vətən müharibəsi qəhrəmanları, generalın ailə üzvləri iştirak edib.

Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi oktyabr ayının 27-ə qədər davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin