Azərbaycanın sabiq baş naziri Artur Rasizadə səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, modern.az-a danışan 86 yaşlı A.RasiZadə bildirib ki, hazırda sağlıq durumu çox yaxşıdır və narahat olmağa heç bir əsas yoxdur:
MÖVZU İLƏ BAĞLI:
Artur Rasizadənin səhhətində problem yarandı, xaricə aparıldı
“Kefim də yaxşıdır, səhhətim də... Hətta lap əlayam”.
Artur Rasizadə deyib ki, doğrudan da bu günlərdə xaricdə - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Amma artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələri ilə bir yerdə səyahət edib.
Bizim.Media