Azərbaycanda keçmiş nazirə yeni VƏZİFƏ VERİLDİ

Hazırda oxunan: Azərbaycanda keçmiş nazirə yeni VƏZİFƏ VERİLDİ

42877

Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin Dağlıq Şirvan Regional Filialı yaradılıb.

Bizim.Media xəbər verir ki, yeni regional filial Ağsu, Şamaxı, İsmayıllı, Qobustan və Qəbələ rayonlarını əhatə edir.

Filiala rəhbərlik Rövşən Həmid oğlu Məmmədova həvalə olunub. O, Naxçıvan Muxtar Respublikasının sabiq rabitə və yeni texnologiyalar naziridir və muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun ötən il martın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib.

RİNN-dən “Report”a xəbəri təsdiq ediblər.

Xatırladaq ki, indiyə qədər “Aztelekom”un iki yeni regional filialı yaradılıb. Bunlar Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmazdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən Şimal-Şərq Regional Filialı və Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər və Ağdamdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən Aran Regional Filialıdır.

Şimal-Şərq Regional Filialına Nəriman Salmanov, Aran Regional Filiala isə Kərəm İbrahimov rəhbər təyin olunub.

Regional filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin