Azərbaycanda İran meyilli saytlar BAĞLANDI - Növbədə Mədəniyyət kanalıdır?

Hazırda oxunan: Azərbaycanda İran meyilli saytlar BAĞLANDI - Növbədə Mədəniyyət kanalıdır?

42868

Azərbaycanda fars molla rejiminin idealogiyasını təbliğ edən İran meyilli saytlar bağlanıb.

Bizim.Media-nın əldə etdiyi məlumatına görə siyahıya deyerler.az, maide.az, ahlibeyt.az, ehlibeyt.info, shia.az, islaminsesi.org və inter.az daxildir.

Araşdırmamız göstərdi ki, həqiqətən də adları çəkilən bu saytların fəaliyyəti aktiv deyil. Hər birinə daxil olan zaman portalın detaktiv olduğu qeyd olunub.

Qeyd olunan saytlardan əlavə Azərbaycanda “Youtube” kanalında yayımlanan fars molla rejiminin idiealogiyasını aşılayan iran dini seriallar da bloklanıb.

Xatırladaq ki, ilahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib və məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Onun da bildirək ki, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu yerli mətbuata açıqlamasında Azərbaycan teleməkanının İran casusları ilə dolu olduğunu açıqlayıb: 

“Azərbaycan teleməkanı İran casusları ilə doludur. Mən bunu bütün məsuliyyətimlə ilk dəfədir deyirəm. Mədəniyyət kanalında da, Yazıçılar Birliyində də bu şəbəkənin adamları var. Şəbəkəni məhv etmək üçün tarixi öyrənmək lazımdır. Bu şəbəkə o qədər güclənib ki, indi hakimiyyət bunun çarəsini axtarır”, - deyə partiya sədri qeyd edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin