Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində paytaxt ərazisində qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Bizim.Media xəbər verir ki, tədbir zamanı mülki geyimdə olan əməkdaşlar da xidmətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Binəqədi, Xətai və Pirallahı rayonlarında polislər tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb.
Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüblər.
Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən tibbi maskadan istifadə etməyən sərnişinlər, peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan sürücülər barədə də qanunauyğun tədbirlər görülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:07 / 22.10.2021
DİN ictimai nəqliyyata nəzarəti mülki polislərlə GÜCLƏNDİRDİ - FOTO
Hazırda oxunan: DİN ictimai nəqliyyata nəzarəti mülki polislərlə GÜCLƏNDİRDİ - FOTO
Hazırda oxunan: DİN ictimai nəqliyyata nəzarəti mülki polislərlə GÜCLƏNDİRDİ - FOTO
42773
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.