Ərinin məftillə boğub öldürdüyü qadının anası SİRLƏRİ AÇDI – TƏFƏRRÜAT - ÖZƏL

Hazırda oxunan: Ərinin məftillə boğub öldürdüyü qadının anası SİRLƏRİ AÇDI – TƏFƏRRÜAT - ÖZƏL

42772

Xəbər verildiyi kimi ötən gün Qaradağ rayonunun Sahil qəsəbəsində dəhşətli qətl yaşanıb. 1990-cı il təvəllüdlü Aliyə Məmmədova yaşadığı evdə əri, 1985-ci il təvəllüdlü Vilayət Məmmədov tərəfindən öldürülüb.

Faciəyə səbəb cütlüyün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə olub. Belə ki, Vilayət Məmmədov Aliyə Məmmədovanı dəmir məftillə boğaraq qətlə yetirib. 

Bizim.Media hadisənin təfərrütlarını öyrənib. Qaradağ rayonu Sahil bələdiyyə sədri Elmira Həsənova saytımıza açıqlamasında deyib ki, öldürülən qadının anasının iddiasına görə Vilayət Məmmədov narkoman olub:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda ər arvadını məftillə boğdu 


“Qətli törədən Vilayət Məmmədovun ailəsindən heç kimlə görüşə bilmədik. Sanqaçalda yaşayan öldürülən qadının valideynlərinin iddiasına görə isə cütlük arasında dəfələrlə mübahisə və münaqişə yaranıbmış. Qətldən əvvəl qadın əri tərəfindən döyülüb və ata uşaqlarını valideynlərinin yanına aparıb. Uşaqlar neçə vaxtdır ki, nənəsigildə qalırmış və elə oradan da məktəbə, hazırlığa gedirmişlər. Qətl baş verən günü onlar evdə olmayıblar. Hələ ananın ölümündən də xəbərləri yoxdur. Aliyənin anasının dediyinə görə kürəkəni narkotik istifadə edirmiş”.

Elmira Həsənova qətl törədəni yaxından tanıdığını da bildirib:
 

“Aliyə Şamaxıdan, oğlan isə əslən Qubadlıdandır. Sakit biridir və taksi fəaliyyəti ilə məşğul olurdu. Mən Vilayət Məmmədovun ailəsini də çox yaxşı tanıyıram. Atası dünyasını dəyişib. Fağır bir ailədirlər”, - deyə bələdiyyə sədri əlavə edib.  


Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin