Qubanın Qımıl kəndində Vətən Müharibəsi şəhidi Nurlan Akif oğlu Mirzəyevin anım mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, anım mərasiminə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, keçmiş döyüşçülər qatılıb.
Qubanın icra başçısı Ziyəddin Əliyev 22 yaşlı Nurlan Mirzəyevin 2020-ci il oktyabrın 19-da Qubadlıda şəhidlik zirvəsinə ucalmasından danışıb.
Bildirib ki, Nurlan hərbi xidmətdən sonra könüllü olaraq səfərbərlik xəttilə cəbhəyə gedib. Füzuli,Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib.
Ötən ilin bu günü Qımıl kəndində torpağa tapşırılan Nurlan Mirzəyevin döyüş şücaətləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Hərbi Xidmətə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə qiymətləndirilib.
Rayon rəhbərliyi, millət vəkili Vahid Əhmədov və digər mərasim iştirakçıları Qımıl kəndində şəhidin adına inşa edilmiş Nuran bulağına da baş çəkiblər.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:05 / 21.10.2021
Qubada şəhid Nurlan Mirzəyevin xatirəsi yad edilib - FOTO
Hazırda oxunan: Qubada şəhid Nurlan Mirzəyevin xatirəsi yad edilib - FOTO
Hazırda oxunan: Qubada şəhid Nurlan Mirzəyevin xatirəsi yad edilib - FOTO
42699
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.