AzTV-dən Fazil Mustafaya cavab: “Zəhmət çəkib gündə 1 saat izləsin...”

Hazırda oxunan: AzTV-dən Fazil Mustafaya cavab: “Zəhmət çəkib gündə 1 saat izləsin...”

42678

Millət vəkili Fazil Mustafanın AzTV haqda tənqidi fikirlərinə qarşı tərəf münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Televiziyasının sosial media hesabında paylaşım edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Fazil Mustafa bəzi məmurları TƏNQİD ETDİ - “Təyin olunan kimi...” 


"Yaxşı olardı ki, hörmətli Fazil müəllim AzTV ilə bağlı fikir söyləməzdən əvvəl zəhmət çəkib gündə ən azı 1 saatını sərf edib kanala baxa və orada təqdim olunan verilişlərin forma və məzmununa diqqətlə nəzər sala, təhlil edəydi. O zaman AzTV-yə tutulan irad da daha məntiqli və əsaslı, ən əsası, anlaşılan olardı. Yox, əgər deputat ideoloji baxımdan deyirsə, o zaman məsləhət görərdik ki, yenə də kanalda təqdim olunan süjetlərə, sənədli və bədii filmlərə, videoçarxlara, ən nəhayət, müharibənin hər gününə aid hazırlanan xronikalara, eləcə də şəxsən özünün dəfələrlə iştirak etdiyi gündəlik tok-şoulara diqqətlə baxsın", - deyə açıqlamada bildirilib.

Millət vəkilinin AzTV-nin parlamentin işini az işıqlandırması ilə bağlı iradlarının əsassız olduğu qeyd edilib:

"Onu da deputatın diqqətinə çatdıraq ki, artıq bir aya yaxındır AzTV-də həftədə 1 dəfə, 45-50 dəqiqəlik “Parlament saatı” verilişi yayımlanır ki, bunu da millət vəkili bilməmiş olmaz. Belə olan halda F.Mustafanın iradlarını anlamaq, düzü, həm çətindir, həm də qeyri-obyektiv görünür. Bütün bunlarla yanaşı, əgər hörmətli deputatın AzTV-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı əsaslı fikir və ideyaları varsa, görüş formatında və ya yazılı müaciətlə bildirə bilər".

Xatırladaq ki, bir neçə gün əvvəl F.Mustafa feysbuk hesabında parlament iclasında çıxış edib efirə verilən deputatların hamısının Yeni Azərbaycan Partiyasından olduğunu tənqid etmişdi.


O, AzTV-nin peşəkarlıq və siyasi hazırlıq baxımından da çox geri qaldığını və kanalı formatlamaq lazım olduğunu vurğulamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin