Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunda 13 yaşlı məktəbli vəfat edib.
Hadisə ilə bağlı TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, ilkin məlumata görə, məktəbli bir həftə temperaturu olduğu üçün müalicə olunub.
MÖVZU İLƏ BAĞLI:
Xudatda 8-ci sinif şagirdi dərs vaxtı öldü
Bir həftədən sonra dərsə gəlib və bu gün qəflətən halı pisləşib.
Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa aparılıb. Ölümün səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.
Qeyd edək ki, Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media