Ötən ilin noyabr ayında Bakı şəhər Nizami rayonu Mehdi Abbasov küçəsində yerləşən çoxmərtəbəli binada 8 yalı Fərəh Nadirovun özünü 13-cü mərtəbədən ataraq intihar etdiyi hadisənin şok təfərrüatları üzə çıxıb.
Bizim.Media xəbər verir ki, azyaşlı qızın intiharı ilə bağlı atası 1981-ci il təvəllüdlü Vahid Nadirova cinayət işi açılıb.
V.Nadirova həm də həyat yoldaşı Dilarə Nadirovu mütəmadi döyməsi və digər iztirablar verməsi ilə bağlı Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə – güclü fiziki ağrı və ya psixi iztirablar verməklə) maddəsi ilə iş açılıb.
Məhkəmə prosesində şok faktlar üzə çıxıb. Azyaşlının anası, zərərçəkmiş şəxs qismində tanınan Dilarə Nadirova həyat yoldaşının hadisənin baş verdiyi gün onu vəhşicəsinə döydüyünü, qızı Fərəhin onları ayırmağa çalışdığını, uşağın daha sonra müəmmalı şəkildə eyvandan yerə düşərək ölüyünü deyib. O, qızının ölümündə həyat yoldaşı Vahidin birbaşa təqsirkar olduğunu bildirib:
Zərərçəkən qadın qızının intihar etdiyi gün həyat yoldaşının evə sərxoş vəziyyətdə gəldiyini deyib.
Dilarə Nadirova qeyd edib ki, hamamda yıxılan həyat yoldaşı daha sonra yataq otağına gələrək qızı və onunla üzbəüz oturub. Başa düşdüm ki, Vahid yenə mübahisə edəcək, özünü kəsməyinin acığını bizdən çıxacaq.
Vahid çaynikin suyunu dəyişməyini bəhanə edərək mənim arxamca mətbəxə gəlib divara dirədi və qarnından yumruqla vurdu, sonra saçımdan tutub sürüyə-sürüyə yataq otağından hola gətirib yerə yıxdı. Fərəh də qaçıb yanıma gəldi.
Vahid gəlib başımı yerə vurmağa başladı, burnumdan qan açıldı. Fərəh ağlaya-ağlaya yalvararaq “ata nə olar burax anamı, öldürmə” deyirdi. Sonra Vahid artıq taqətimin qalmadığını, boğulduğumu görüb buraxdı. Fərəhi götürüb qapını açıb getmək istədim, bu zaman Vahid yenə arxadan məni tutub “hara gedirsən” deyərək, dala darta-darta içəri saldı. Fərəhə “burdan çıxsan meyidini sərərəm sənin” dedi və qapını örtdü.
Bu zaman Fərəhin olduğu otaqdan səs gəlmədiyinə görə həmin otağa daxil olduqda otaqda uşağı görmədim. “Fərəh, Fərəh” deyib onu səslədim. Cavab gəlmədiyi üçün fikirləşdim ki, Fərəh qorxusundan gizlənib, ona görə də otaqda olan şkafa baxdım, lakin Fərəhi tapa bilmədim. Yataq otağının qapısını açdıqda pəncərənin önündə asılmış pərdə və pəncərənin açıq vəziyyətdə olduğunu gördüm.
Blokdan çıxanda qonşuların, bəzi polislərin orada olduğunu gördüm. Nitqim tutulmuşdu, danışa bilmirdim. Bir neçə dəqiqədən sonra qonşulardan biri Fərəhin meyitinin binanın ikinci mərtəbəsində olan eyvanın yanındakı beton çıxıntının üzərində olduğunu bildirdi”.
Məhkəmədə Vahid Nadirov uşağın özünün özünü atdığını bildirib. O, hadisənin baş verdiyi gün evdə dava-dalaşın baş verdiyini, lakin uşağa qarşı zorakılıq etmədiyini deyib.
Nizami rayon Məkəməsi V.Nairovu Cinayət Məcəlləsinin 133.1-ci maddəsi üzrə təqsirli bilərək onu 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. (Publika.az)
Bizim.Media