Füzuli-Şuşa istiqamətində dəmir yolu inşa ediləcək – İLK DƏFƏ 

Hazırda oxunan: Füzuli-Şuşa istiqamətində dəmir yolu inşa ediləcək – İLK DƏFƏ 

42589

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Füzuli-Şuşa istiqamətində birxətli elektrikləşdirilmiş dəmir yolu xətti inşa edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib. 

Bildirilib ki, Füzuli-Şuşa istiqamətində ilk dəfə inşa ediləcək dəmir yolu xəttinin ox üzrə uzunluğu 83,4 kilometrə bərabər olacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

İşğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturu yenidən qurulur – FOTO 


Layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır.  

Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik  tədqiqat işləri tamamlanmışdır və süni mühəndis qurğularının layihələndirilməsi işləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin