Şabranda avtomobillə vurulan gənc Bakıya gətirildi

Hazırda oxunan: Şabranda avtomobillə vurulan gənc Bakıya gətirildi

42559

Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Əliyev Qulu Teyyub oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

O, təcili tibbi yardımın köməkliyilə Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra Bakı şəhərinə gətirilib.

Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin