Musa Quliyev müzakirələrə SON VERDİ – “Kişilər narahat olmasın, qanun qəbul olunmayacaq”

Hazırda oxunan: Musa Quliyev müzakirələrə SON VERDİ – “Kişilər narahat olmasın, qanun qəbul olunmayacaq”

42493

“Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransda çıxışım sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Müzakirəyə qoşulan və rəy bildirənlərin mövqeyindən asılı olmayaraq bu fikrin diqqət çəkməsi məni sevindirir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev “Facebook” hesabında qeyd edib.

O, qadın əməyinə daha yüksək qiymət verməyin cəmiyyətin inkişaf və mədəniyyət göstəricisi olduğunu bir daha vurğulayaraq kişi əməyinə nisbətən qadın əməyinin diskriminasiya olunduğunu söyləyib:

“"Ev işlərinə görə kişilər qadınlara əmək haqqı verməlidilər"-, deməklə bu fikri birbaşa qəbul etmək ciddi adamların ağlına da gəlməyəcək. Məqsədim məişətdə qadınlarımızın zəhmətinə qiymət vermək, onların əməyinin nə qədər dəyərli olduğunu cəmiyyətin diqqətinə çatdırmaq idi. Bu qiyməti isə  qadına daha çox hörmət bəsləmək, onun qədir- qiymətini bilməkdən ibarət ola bilər. O ki, qaldı, kişilərin etirazına, narahatçılığa əsas yoxdur, belə bir qanin qəbul olunmayacaq. 

Hüseyin Cavid deyirdi: 

Qadın gülsə, bu issız mühitimiz güləcək,

Sürüklənən bəşıriyyət qadınla yüksələcək! 

Böyük İslam peyğəmbəri Məhəmməd əleyissalam buyururdu:

"Övladlarınız arasında fərq qoymayın, əgər fərq qoyası olsanız, üstünlüyü qızlarınıza verin!”, - deyə Musa Quliyev əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin