Zaur Hüseynovun kollektivə təqdimetmə mərasimi təxirə salınıb

Hazırda oxunan: Zaur Hüseynovun kollektivə təqdimetmə mərasimi təxirə salınıb

42436

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynovun təzə iş yerində təqdimatı təxirə düşüb. 

Moderator.az xəbər verir ki, Bakı Metropolitenindən ANS PRESS-ə verilən məlumata görə, Zaur Hüseynovun təqdimatının təxirə düşməsinin səbəbləri açıqlanmayıb. Yeni sədr Zaur Hüseynovun"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətə gəlməsi və işçiləri ilə tanış olmasının 3 mart tarixinə qədər təxirə düşdüyü bildirilib.

Qeyd edək ki, prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın. Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin