Keçmiş hakim məhkəmə zalında HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Keçmiş hakim məhkəmə zalında HƏBS EDİLDİ - FOTO

0:00
0:00
42424

Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən keçmiş hakim Lətif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə L.Nəbiyev məhkəmə zalında həbs edilib. 

Ona 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. 

İttihama görə, keçmiş hakim torpaq alqı-satqısı və şərikli iş görmək adı ilə iki tanışının 307 min dollardan çox pulunu mənimsəyib. O, zərərçəkmiş Azad İbrahimovdan dəniz kənarında 120 sot torpaq sahəsi alacağı vədi ilə 247 min dollar alıb.
 

Digər zərərçəkmiş Rüstəm Abdullayev isə L.Nəbiyevə şərikli iş görmək adı ilə 59 700 dollar verib. Hökmə əsasən, L.Nəbiyev vurduğu ziyanı da ödəməlidir. 


Xatırladaq ki, Lətif Nəbiyev 2000-2007-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin, 2007-2008-ci illərdə isə Suraxanı Rayon Məhkəməsinin hakimi olub.

24 aprel 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin