Beynəlxalq Cüdo Federasiyası (İJF) koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu (Şükürov) haqqında paylaşım edib.
Bizim.Media xəbər verir ki, bu barədə İJF-nin rəsmi saytında məlumat dərc olunub.
MÖVZU İLƏ BAĞLI:
Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat etdi
"Cənab No Problem bizi tərk etdi" başlıqlı yazıda Elnur Şükürovun 47 yaşında koronavirusdan vəfat etdiyi bildirilib.
Əşrəfoğlunun Bakıya səfər zamanı İJF prezidenti Marius Vizerdən müsahibə alan ilk yerli jurnalist olduğu vurğulanıb.
"Elnur karyerası ərzində 1996-cı il Atlanta olimpiadasından Tokio-2020 Yay Olimpiya Oyunlarınadək bir çox olimpiadalara qatılıb və 100-dən çox ölkəni ziyarət edib. İngiltərənin "Liverpul" klubunun çılğın azarkeşi idi. Klubun "heç vaxt tək gəzməyəcəksiniz" şüarı onun şüarı oldu.
Həmişə gülümsəyərək hər kəsə problemləri həll etməyə kömək edərdi" – yazıda qeyd olunub.
Məqalədə onun üçün həm Azərbaycanda, həm də dünya cüdo ailəsində çox darıxacaqları bildirilib.
Bizim.Media