Qaxda göbələkdən bir ailənin üzvləri zəhərlənib.
Bizim.Media xəbər verir ki, göbələkdən zəhərlənən rayonun Tasmalı kənd sakinləri özünü ekstrasens kimi təqdim edən Bayram Nurlunun qohumlarıdır.
“Qafqazinfo”nun məlumatına görə, xəstəxanaya yerləşdirilən 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu Bayram Nurlunun yeznəsinin qardaşıdır. Zəhərlənmədən dünyasını dəyişən 2009-cu il təvəllüdlü Qasımlı Murad isə Mübarizin oğludur.
Xəstəxanaya yerləşdirilən 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu isə Bayram Nurlunun bacısı oğludur.
Məlumata görə, 9 yaşlı uşağın da həyatını xilas etmək mümkün olmayıb və o, gecə saatlarında yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:31 / 20.10.2021
Bayram Nurlunun ailə üzvləri ZƏHƏRLƏNDİ – Bacısı oğlu öldü
Hazırda oxunan: Bayram Nurlunun ailə üzvləri ZƏHƏRLƏNDİ – Bacısı oğlu öldü
Hazırda oxunan: Bayram Nurlunun ailə üzvləri ZƏHƏRLƏNDİ – Bacısı oğlu öldü
42392
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.