Təhsil naziri Emin Əmrullayev BMT-nin Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
Bizim.Media xəbər verir ki, nazir bu barədə “Tvitter” hesabında məlumat verib.
O bildirib ki, görüşdə Təhsil Nazirliyi ilə BMT-nin Nümayəndəliyi arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bizim.Media
BMT-nin Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüş keçirdik.Görüşdə Təhsil Nazirliyi ilə BMT-nin Nümayəndəliyi arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə olundu. pic.twitter.com/CEt8uYZZhD
— Emin Amrullayev (@EminAmrullayev) October 19, 2021