Bakıda şəhərdaxili marşrut avtobuslarında gediş haqlarının bahalaşacağı ilə bağlı məlumatlar yayılır.
Bizim.Media xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi yayılan məlumatları təkzib edib.
Agentliyinin Mətbuat katibi Mais Ağayev bildirib ki, bununla bağlı təmsil etdiyi qurum heç bir müraciət etməyib:
"İctimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində deyil. Bu məsələlər Tarif Şurasının səlahiyyətindədir. Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı Tarif Şurasına heç bir müraciət etməyib".
Xatırladaq ki, sonuncu dəfə Tarif Şurası 2018-ci ildə Bakıda ictimai nəqliyyatda gediş haqlarını 20 qəpikdən 30 qəpiyə qaldırıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:06 / 19.10.2021
İctimai nəqliyyatda gediş haqqı bahalaşacaq? – BNA-DAN AÇIQLAMA
Hazırda oxunan: İctimai nəqliyyatda gediş haqqı bahalaşacaq? – BNA-DAN AÇIQLAMA
Hazırda oxunan: İctimai nəqliyyatda gediş haqqı bahalaşacaq? – BNA-DAN AÇIQLAMA
42316
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.