Təmiz balı necə müəyyənləşdirmək olar?

Hazırda oxunan: Təmiz balı necə müəyyənləşdirmək olar?

42193

Balın sağlamlığa olan əsas faydası onun antioksidant tərkibindən qaynaqlanır. Belə ki, təbii bal fitokimyəvi maddələr, flavonoidlər və askorbin turşusu da daxil olmaqla antioksidant rolunu oynayan bir sıra birləşmələri ehtiva edir. 

Bizim.Media xəbər verir ki, saxta bal hazırlanarkən şəkərli məhsul (yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru), təbii (dazı otu, çay dəmləməsi, zəfəran), yaxud süni rəngləndiricilərdən istifadə olunur.

Hətta belə məhsullara dadının təbii bala uyğunlaşdırılması üçün az miqdarda xalis bal da qatılır.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, təbii bal və şəkəri ayıran çox mühüm fərqlər vardır. Belə ki, şəkər həzm sistemində parçalanaraq qana keçir, təbii bal isə parçalanmadan sürətli şəkildə qana qarışa bilir.

Saxta balı həqiqi baldan ayırmaq üçün el arasında bir çox sınaqlar mövcuddur. Mütəxəssislərin fikrincə, istehlakçıların məhsulun qoxusuna, rənginə və dadına baxaraq keyfiyyətli olub-olmamasını ayırd edə bilməsi mümkün deyil.

Təbii məhsulu laborator müayinə nəticəsində mütəxəssislər ayırd edə bilərlər. 

Qeyd edək ki, 20 oktyabr – 7 noyabr tarixlərində arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin